• şənbə, 20 Aprel, 09:21
  • Baku Bakı 14°C

Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır

31.05.20 12:15 499
Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır
COVID-19 pandemiyası ərzində dünyada6 milyondan çox insan koronavirusla bağlı analizlərin müsbət nəticəsinı alıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı6 096 799təşkil edir.
Bundan başqa, dünyada368 871pasiyent infeksiyanın qurbanı olub. Bu halda2 702 383nəfər xəstəlikdən sağalıb.
Hazırda aktiv yoluxma hallarının sayı3 025 545nəfərdir. Xəstələrin53 500-ü ağır vəziyyətdədir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər