• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Dünyada gündə 128 minə yaxın insan koronavirusa yoluxub

07.06.20 09:00 543
Dünyada gündə 128 minə yaxın insan koronavirusa yoluxub
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada təsdiqlənən koronavirus infeksiyasına yoluxanların sayı gündə 128 minə yaxın artıb. Ölənlərin sayı 5,6 mindən çox artaraq 393 minə çatıb.
Trend-in məlumatına görə, bu barədə ÜST məlumat yayıb.
Bildirilib ki, dünyada 6 663 304 yoluxma və 392 802 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 127 950 nəfər yoluxub, 5 647 nəfər isə ölüb.
Şimal və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 3 155 370. Sutka ərzində bu göstərici 70 853 nəfər artıb. Orada ölənlərin sayı 3 891 nəfər artaraq 176 167 nəfərə çatıb. Avropada 2 249 999 nəfər koronavirusa yoluxub və 183 128 ölüm faktı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 19 293, ölənlərin sayı isə 963 nəfər artıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 605 026 nəfərə çatıb, 14 024 ölüm halı qeyd edildi. Gün ərzində yoluxanların sayı 17996 nəfər artıb, 304 nəfər öldü.
banner

Oxşar Xəbərlər