• çərşənbə axşamı, 23 aprel, 16:58
  • Baku Bakı 24°C

Dünyada 320 mindən çox şəxs koronavirusdan öldü

19.05.20 12:45 528
Dünyada 320 mindən çox şəxs koronavirusdan öldü
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı4890 532nəfərə çatıb.
"Report” xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan320 120nəfər dünyasını dəyişib, müalicə alan1907 317pasiyent sağalıb.
Xəstəxanaya yerləşdirilən44764xəstənin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (1550 294), Rusiya (290 678) və İspaniyada (278188) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə150 593nəfər yoluxub,4 171nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı122 492-dir.
Son məlumata görə, bu ölkədə7 057nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
banner

Oxşar Xəbərlər