• çərşənbə axşamı, 19 mart, 10:32
  • Baku Bakı 8°C

Dünya şöhrətli amerikalı cazmen Gəncədə konsert proqramı ilə çıxış edib

16.04.17 20:21 1172
Dünya şöhrətli amerikalı cazmen Gəncədə konsert proqramı ilə çıxış edib
Aprelin 16-da dünya şöhrətli amerikalı cazmen Qabriel Stravelli və onun musiqi qrupunun Gəncədə konserti olub.
AZƏRTACxəbər verir ki, Uşaq Yaradıcılıq Mərkəzində keçirilən konsert Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunub.
Konsertdən əvvəl məlumat verilib ki, müğənni ilk dəfə 2015-ci ildə ABŞ Dövlət Departamentinin Amerika Musiqisinin Xaricdə Təbliği Proqramı çərçivəsində Azərbaycana səfər edib. Məhz həmin proqram çərçivəsində amerikalı musiqiçilərin ölkəmizə səfəri mədəniyyət sahəsində qarşılıqlı anlayışı və əməkdaşlığı inkişaf etdirib.
Səfirliyin əməkdaşı müğənninin yaradıcılığı haqqında məlumat verərək bildirib ki, musiqi sahəsində müxtəlif mükafatlar qazanmış Qabriel Stravelli həm özünün orijinal mahnılarının, həm yeni Amerika mahnılarının ifası ilə, həm də Dyuk Ellinqton, Dolli Parton və Conni Merser kimi musiqiçilərin sənətindən bəhrələnərək dinləyicilərin rəğbətini qazanıb. Müğənni bu yaxınlarda Nyu-Yorkun Metropoliten zalında Nyu York Tayms, Vall Stritt Cornal və Haffinqton Post kimi nüfuzlu mətbuat orqanlarının rəğbətini qazanan ifalar edib.
Təqdimatdan sonra səhnəyə çıxan amerikalı vokalist, dünya şöhrətli caz ustası Qabriel Stravellinin ifası Gəncə musiqisevərləri tərəfindən böyük maraqla izlənilib. Sənətçinin Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti Kəmalə Tağızadə ilə duet şəklində səsləndirdiyi "Laçın” və "Saçlarına gül düzüm” xalq mahnılarımız tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
banner

Oxşar Xəbərlər