• çərşənbə axşamı, 23 aprel, 22:21
  • Baku Bakı 20°C

Dünya Səhiyyə Təşkilatı: Tacikistanda koronavirus yoxdur

01.04.20 15:53 642
Dünya Səhiyyə Təşkilatı: Tacikistanda koronavirus yoxdur
Dünya Səhiyyə Təşkilatının (DST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb.
AZƏRTACToçikiston telekanalına istinadla xəbər verir ki, DST nümayəndəsinin sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.
Perfilyova indiyə qədər respublikada 700-dən çox koronavirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi DST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə test materiallarını Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.
banner

Oxşar Xəbərlər