Dünya Qarabağdakı vəziyyətlə uzun müddət barışa bilməz - Oljas Süleymenov

Dünya Qarabağdakı vəziyyətlə uzun müddət barışa bilməz - Oljas Süleymenov

Cəmiyyət
25 Aprel 2016, 14:03 1942
Dünya Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bu qədər uzun müddət barışa bilməz.

Bunu jurnalistlərə Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov deyib.

O.Süleymenov qeyd edib: "Bu problemin həllinə mütləq dünya ictimaiyyəti fəal şəkildə qoşulmalıdır".

O əlavə edib ki, istənilən bu cür münaqişə dünya miqyaslı fəlakətə gətirib çıxara bilər.

O.Süleymenov bu münaqişənin tez bir zamanda həll olunacağına ümid etdiyini ifadə edib.

(trend)