• cümə axşamı, 25 aprel, 08:27
  • Baku Bakı 14°C

Dünya çempionu məşhur aktyoru döyüşə çağırdı

03.10.17 13:15 1416
Dünya çempionu məşhur aktyoru döyüşə çağırdı
Peşəkar boks həvəskarları üçün əla xəbər var.
Kaspi.az xəbər verir ki, sabiq dünya çempionu Corc Forman rinqə qayıtmaq istəyir. O, məşhur aktyor Stiven Siqalı döyüşə çağırıb. Bu barədə Forman "tvitter” səhifəsində yazıb:
"Stiven Siqal, mən sənə çağırış edirəm, təkbətək. Mən boks fəndlərindən istifadə edəcəyəm, sən nədən istəsən yararlana bilərsən. Veqasda 10 raund”.
Forman 1968-ci ildə keçirilən olimpiya oyunlarının qalibidir. O, WBA, WBC, IBF versiyalarında dünya çempionudur
65 yaşlı Siqal isə aykido üzrə 7-ci dana sahibdir. O, hələ Formanın çağırışına cavab verməyib.
banner

Oxşar Xəbərlər