• cümə axşamı, 28 mart, 20:36
  • Baku Bakı 13°C

Dünya çempionatının püşkü atıldı: Azərbaycan Rusiya və ABŞ-la eyni qrupa düşdü

07.12.17 12:10 2691
Dünya çempionatının püşkü atıldı: Azərbaycan Rusiya və ABŞ-la eyni qrupa düşdü
Qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2018-ci ildə Yaponiyanın 6 şəhərində keçiriləcək mundialda 24 komanda 4 qrupa bölünüb.
Azərbaycan yığması 4-cü cəhdində C qrupunda mübarizə aparacaq. Püşk Faiq Qarayevin yetirmələrinə ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad və Tobaqonu rəqib edib.
Qaydalara əsasən, qrupda ilk "dördlük”də yer alacaq yığmalar çıxışlarını davam etdirəcəklər. II mərhələdə A və D, C və B qruplarından çıxacaq komandalar 2 "səkkizlik” formalaşdıracaq. Burada isə hər qrupdan 3 yığma daha bir mərhələ adlayacaq. Onlar da öz aralarında yarımfinalçıları müəyyənləşdirəcəklər.
A qrupu:Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika
B qrupu:Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba
C qrupu:ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Azərbaycan, Trinidad və Tobaqo
D qrupu:Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya
Qeyd edək ki, 29 sentyabr – 20 oktyabrda keçiriləcək dünya çempionatının qarşılaşmaları Yokohama, Sapporo, Kobe, Hamamatsu, Naqoya və Osakada oynanılacaq. Mundialda 4 oktyabradək davam edəcək A qrupundakı 6 millinin görüşləri "Yokohama Arena”da (tutumu - 12000) olacaq. B qrupundakı oyunlar Sapporoda "Hokkaydo Prefekturalasının İdman Mərkəzi”ndə (8000), C qrupunun matçları Kobedə "Qrin Arena”da (6000) və D qrupunun qarşılaşmaları Hamamatsunun eyniadlı arenasında (8000) təşkil olunacaq.
Hərəsində 8 komandanın yer alacağı və 2 qrupda mübarizə aparacağı II mərhələnin oyunları oktyabrın 7-11-də Naqoya və Osakada keçiriləcək. III mərhələyə də Naqoya ev sahibliyi edəcək. Burda oktyabrın 14-16-da hərəsində 3 yığma olmaqla 2 qrupun görüşləri baş tutacaq. Naqoyada bütün oyunlar "Nippon Qaişi” salonunda (10000), Osakadakı matçlar şəhər mərkəzindəki idman arenasında (82000) olacaq.
Oktyabrın 19-20-də isə həlledici oyunları Yokohama şəhəri qəbul edəcək. "Yokohama Arena”da yarımfinallar, final, üçüncü və beşinci yerlər uğrunda qarşılaşmalar baş tutacaq.
banner

Oxşar Xəbərlər