• cümə axşamı, 28 mart, 18:34
  • Baku Bakı 13°C

Dünya Bankı indiyədək COVID-19-a qarşı vaksinasiyaya 2 mlrd. dollar ayırıb

21.04.21 14:00 1462
Dünya Bankı indiyədək COVID-19-a qarşı vaksinasiyaya 2 mlrd. dollar ayırıb
Dünya Bankının sonuncu açıqlamasına əsasən (aprelin 20-də), beynəlxalq maliyyə institutu inkişaf etməkdə olan 17 ölkə üçün COVID-19-a qarşı peyvəndlərin alınması və yayılması üçün indiyədək 2 mlrd. ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq edib.
"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, bu məbləğ inkişaf etməkdə olan ölkələrin vaksinləri əldə etmələri, istifadəsi və vaksinasiya sistemlərini gücləndirmələrinə yönəlik bankın 12 mlrd. dollar dəyərində olan 24 aylıq proqramının bir hissəsidir. Yoxsul ölkələr üçün maliyyələşdirmə qrant və ya olduqca güzəştli şərtlərlə verilir. Bank ilin ortalarına qədər COVID-19 peyvəndləri üçün 4 mlrd. dollar dəyərində maliyyələşdirmə ilə 50 ölkəyə dəstək vermək niyyətindədir.
Qeyd edək ki, sözügedən 17 ölkəlin siyahısına Əfqanıstan, Banqladeş, Kabo-Verde, Kotdivuar, Ekvador, El Salvador, Esvatini, Efiopiya, Qambiya, Honduras, Livan, Monqolustan, Nepal, Filippin, Ruanda, Tacikistan və Tunis daxildir.

banner

Oxşar Xəbərlər