• cümə axşamı, 25 aprel, 21:53
  • Baku Bakı 21°C

Dünya Bankı: Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırıq

12.11.16 14:19 1004
Dünya Bankı: Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırıq
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədriRüfət Aslanlıbaş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.

Palatadan "APA-Economics”ə verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımlar da müzakirə edilib.
banner

Oxşar Xəbərlər