• cümə, 29 Mart, 17:01
  • Baku Bakı 14°C

Duman, çiskin olacaq, şaxta gözlənilir

08.12.17 14:10 3571
Duman, çiskin olacaq, şaxta gözlənilir
Bakı və Abşeron yarımadasında dekabrın 9-dahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə,havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 % , gündüz 50-55 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.
Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6°, yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər