• çərşənbə axşamı, 23 aprel, 22:27
  • Baku Bakı 20°C

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

24.09.17 15:20 1463
DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”
"Azərbaycanda teror planlaşdıranların qarşısı alınır"

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, azərbaycanlı gənclərin radikal dini qruplara qoşulmaması üçün maarifləndirici tədbirlər aparılır: "Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Xalqımız prezidentimizin ətrafında sıx birləşib. Təbii ki, belə bir şəraitdə gedib qara işlərlə məşğul olmaq düzgün deyil".

M. Quliyev deyib ki, Azərbaycanda terror etməyə cəhd edən xeyli sayda qüvvələr olub: "Amma belə terror hazırlıqların qarşısı vaxtında əməkdaşlarımız tərəfindən alınıb. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirirlər və belə tədbirlərin qarşısını vaxtında alırlar”.
banner

Oxşar Xəbərlər