• cümə axşamı, 28 mart, 19:19
  • Baku Bakı 13°C

DOST mərkəzləri gənclərin könüllülük fəaliyyətinə marağını daha da artıracaq

22.05.20 15:45 472
DOST mərkəzləri gənclərin könüllülük fəaliyyətinə marağını daha da artıracaq
DOST mərkəzləri gənclərin könüllülük fəaliyyətinə marağını daha da artıracaq.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib: "Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. On maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Bu vaxtadək qanun mövcud olmasa da, Azərbaycanda könüllülük hərəkatı daha çox ictimai birliklərdə, gənclər qeyri-hökumət təşkilatlarında inkişaf etdirilirdi. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu”.
Müşfiq Cəfərov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradılıb. Bugünədək 10 mindən artıq gənc könüllü kimi "ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar.
"Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. DOST mərkəzlərinin yaradılması gənclərə, xüsusilə könüllülüyə marağı olan gənclərə geniş imkanlar yaradacaq. "ASAN xidmət” təcrübəsində uğurlu olduğu üçün DOST mərkəzində də könüllülərlə işə önəm veriləcək. Nəzərə alsaq ki, DOST mərkəzləri əlillərlə işə daha böyük önəm verir, burada könüllülərə daha çox ehtiyac olacaq. "ASAN xidmət”də könüllülər daha çox ərizələrin yazılması, formaların doldurulması, o cümlədən "ASAN xidmət”in həyata keçirdiyi müxtəlif layihələrdə könüllülük əsasında iştirak edirlərsə, DOST mərkəzlərində könüllülərin daha geniş və əhatəli sahələrdə təcrübə əldə etmək imkanı olacaq. Belə ki, bu mərkəzlərdə sosialyönümlü fəaliyyətlərin və proqramların icrası nəzərdə tutulub. Burada aztəminatlı ailələrlə iş, özünüməşğulluq proqramları, əlillərlə iş və onların məşğulluğu kimi proqramların adını çəkmək olar. Bu isə ilk növbədə könüllülərə yeni təcrübə qazandıracaq və DOST mərkəzlərinə peşəkar kadrların yetişməsinə şərait yaradacaq”, - deyən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü bildirib.
banner

Oxşar Xəbərlər