Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı həbs edildi
Çempionlar Liqasının 1/4 finalında keçirilən "Borussiya” - "Monako”
oyunundan əvvəl baş verən partlayışa görə araşdırmalar davam edir.
Kaspi.az xəbər verir ki, artıq hadisə ilə bağlı həbs edilənlər var.
Polis Sergey adlı Rusiya vətəndaşını saxlayıb. 28 yaşlı Sergey B. Aprelin 21-də
həbs edilib.
İlkin məlumata görə, bu şəxs bir neçə cinayət hadisəsinin təşkil
etməkdə və qətl törətməkdə şübhəli bilinir. Polisin versiyasına görə, kənardan
idarə olunan bombanı avtobusun yaxınlığında məhz Sergey partladıb.
O, Baden-Vyurtemberqdə yaşayırmış. Polis onun mənzilində axtarış
aparacaq. "Borussiya”nın avtobusunun yaxınlığında baş verən partlayışda
dortmundluların futbolçusu Mark Bartra yaralanmışdı.