• cümə, 19 Aprel, 18:46
  • Baku Bakı 24°C

Doris Lessinqin “Nobel” medalı hərraca çıxarılır

18.12.17 16:18 6372
Doris Lessinqin “Nobel” medalı hərraca çıxarılır
2013-cü ildə Uilyam Folknerin "Nobel” ədəbiyyat medalının satışa çıxarılması ilə mübahisəli bir ənənənin əsası qoyuldu. Folknerin medalının 500.000-1000000 dollar arası bir məbləğə satılacağı düşünülsə də, medala maraq göstərən olmamışdı. Ötən il isə Andre Jidenin medalı Parisdə hərraca çıxarılmış və 300 min avrodan alıcı tapmışdı. Bu il isə "Nobel” ədəbiyyat mükafatının azsaylı qadın sahiblərindən Doris Lessinqin medalının auksiona hazırlaşdığı xəbəri yayıldı. "Guardian”-da yer alan xəbərdə bildirilir ki, Lessinqin 87 yaşında layiq görüldüyü medal üçün təkliflərin başlanğıc qiyməti 250 min funt sterlinq olacaq. Lakin auksionerlər bu medal üçün qoyulan başlanğıc qiymətinin çox yüksək olduğunu düşünür. Ekspertlərin fikrincə, medal üçün qiymətlər 150 min funt sterlinqdən başlasa, alıcı tapması asanlaşar.
Hərrac mərkəzindən ekspert Sofi Hopkins qiymət məsələsi ilə bağlı açıqlama verib: "Bu mükafatın çox az sayda qadın sahibi var. Lessinq isə bu azsaylı qaliblərdəndir. Üstəlik onun həyat yolu, apardığı mübarizə, qazandığı uğurlar ona aid olan hər şeyin dəyərini artırır”.
banner

Oxşar Xəbərlər