• cümə axşamı, 25 aprel, 20:18
  • Baku Bakı 21°C

Donbasda ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub

23.04.17 20:46 807
Donbasda ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub
Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ölənATƏTəməkdaşının vətəndaşlığı məlum olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko bildirib.
"ATƏTavtomobilinin minaya düşməsi nəticəsində ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib", deyə A.Qeraşşenko bildirib.
Xatırladaq ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edənATƏTəməkdaşlarının avtomobillərindən biri minaya düşüb. NəticədəATƏTəməkdaşlarından biri ölüb, biri yaralanıb.
banner

Oxşar Xəbərlər