• cümə, 29 Mart, 16:40
  • Baku Bakı 14°C

Donald Trampın Davos Forumunda iştirakı gözlənilir

17.01.20 11:15 575
Donald Trampın Davos Forumunda iştirakı gözlənilir
ABŞ Prezidenti Donald Tramp yanvarın 21-dən 24-dək Davos Dünya İqtisadi Forumunda iştirak etməsinin mümkünlüyünü söyləyib.AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Ağ Evin qarşısında jurnalistlərə "Ola bilər ki, Davosa getdim”, - deyə bildirib. Daha əvvəl ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi ölkə prezidentinin Davosa gedəcəyini təsdiqləyib.
Yanvarın əvvəlində Ağ Evdən verilən məlumatda Dünya İqtisadi Forumunda başda Maliyyə naziri Stiven Mnuçin olmaqla ticarət naziri Uilbur Ross, ABŞ-ın ticarət danışıqları nümayəndəsi Robert Laythayzer və prezidentin baş müşaviri Cared Kuşnerdən ibarət nümayəndə heyətinin iştirak edəcəyi bildirilirdi.
Xatırladaq ki, 2019-cu ildə Donald Tramp ölkədə yaşanan büdcə böhranına görə Davosa səfərini təxirə salmışdı.

banner

Oxşar Xəbərlər