• cümə, 19 Aprel, 06:33
  • Baku Bakı 13°C

Donald Tramp: İran ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırırdı

11.01.20 09:45 604
Donald Tramp: İran ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırırdı
General Qasım Süleymaniyə qarşı həyata keçirilən əməliyyat zamanı İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırırdı.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, İran genişmiqyaslı hücumlar planlaşdırırdı: "Açıqlaya bilərəm ki, mənim fikirimcə, ehtimallara görə, söhbət 4 səfirlikdən gedirdi".
Söhbətin hansı səfirliklərdən getdiyi barədə suala cavabında D.Tramp bildirib: "Biz sizə deyə bilərik ki, ehtimallara görə, bu, Bağdaddakı səfirlik olacaqdı".
ABŞ prezidenti digər səfirliklər barədə məlumat verməyib.
banner

Oxşar Xəbərlər