• şənbə, 05 Iyul, 19:52
  • Baku Bakı 26°C

Dohanın unikal tikilisində Azərbaycan bayrağı

29.05.20 08:45 653
Dohanın unikal tikilisində Azərbaycan bayrağı
Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərindən biri olan Şeraton otelinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, 28 May - Respublika Günü münasibətilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.
banner

Oxşar Xəbərlər