• cümə, 29 Mart, 13:52
  • Baku Bakı 14°C

Doha görüşü nəticəsiz başa çatdı

18.04.16 00:59 2329
Doha görüşü nəticəsiz başa çatdı

OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gəlməyiblər.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.
Fevralın 16-da Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə "dondurulması" ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.
Bugünkü görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib. Qeyd edək ki, Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib.
banner

Oxşar Xəbərlər