• cümə axşamı, 18 aprel, 19:52
  • Baku Bakı 21°C

DMX: Qanunvericiliyin pozulması ilə bağlı 2803 qərar qəbul edilib

15.08.17 15:30 807
DMX: Qanunvericiliyin pozulması ilə bağlı 2803 qərar qəbul edilib

2017-ci ilin iyul ayı ərzində Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2803 qərar qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, onlardan 264-ü ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.
Hesabat dövrü ərzində DMX-ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7449 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126 217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

banner

Oxşar Xəbərlər