• şənbə, 20 Aprel, 04:22
  • Baku Bakı 15°C

DMX Azərbaycanda olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

01.06.20 15:51 618
DMX Azərbaycanda olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında 1-15 iyun tarixlərində olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən bildiriblər ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin iyunun 15-dək uzadılması nəzərə alınaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri qurum tərəfindən mütəmadi olaraq təhlil edilir və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırır ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti iyunun 1-dən 15-dək bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30-60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq. Həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılıb.
Bir daha bildirilir ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, "ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.
Ətraflı məlumatı DMX-nin "Facebook”, "Twitter” sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 - Çağrı Mərkəzindən əldə etmək xahiş olunur.
banner

Oxşar Xəbərlər