• cümə axşamı, 28 mart, 19:39
  • Baku Bakı 13°C

Dmitri Peskov: "Hissiyatımı itirmişdim"

31.05.20 23:07 653
Dmitri Peskov: "Hissiyatımı itirmişdim"
Rusiya Prezidenti Vladimir Putinin mətbuat məsələləri üzrə köməkçisi, Kremlin mətbuat katibi Dmitri Peskov yeni növ koronavirusa qalib gəlib.SİAxəbər verir ki, Peskov virusa yoluxduğu müddət ərzindəki təəssüratlarını bölüşüb.
Belə ki, "Rossiya-24" televiziyasına müsahibəsi zamanı o, xəstə olan zaman qoxu və dad hissini tamamilə itirdiyini bildirib və daha sonra özündə koronavirusa yoluxma əlamətlərini müşahidə etdiyini açıqlayıb.
Dmitri Peskov əlavə edib ki, ilk vaxtlarda qripə tutulmuş kimi hiss edib: "Başlanğıcda elə də ciddi dəyişikliklər hiss etmirdim, virusa yoluxduğumu düşündüyümüz gün, bir saat yarım idman salonunda oldum. Yeddi kilometr qaçdım və özümü yaxşı hiss edirdim".
Lakin, növbəti gün Peskovun hərarəti yüksəlib və qoxu, eyni zamanda dad bilmə hisslərini itirib. Onun sözlərinə görə, bu müddət ərzində Peskov çiyələklə toyuq ətinin dadını ayırd edə bilməyib.
Qeyd edək ki, Kremlin mətbuat katibi bu həftənin əvvəlindən etibarən müalicə olunduğu xəstəxanadan çıxarılıb və işini evdən davam etdirir.
banner

Oxşar Xəbərlər