• cümə axşamı, 28 mart, 14:05
  • Baku Bakı 16°C

Dmitri Nazarov: “Yaşadığın ölkənin yığmasına qol vurmaq inanılmaz hissdi”

27.03.17 12:20 768
Dmitri Nazarov: “Yaşadığın ölkənin yığmasına qol vurmaq inanılmaz hissdi”
"Dünya çempionuna, ailəmlə birlikdə yaşadığımız ölkənin yığmasına qarşı oynamaq və qol vurmaq inanılmaz hissdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edən millimiz 1:4 hesabı ilə uduzub.
Matçdan sonra alman mətbuatına açıqlama verən Nazarov oyunla bağlı fikirlərini bildirib. II Bundesliqa təmsilçisi "Aue”nin üzvü olan yarımmüdafiəçi bunları deyib: "Qrupda Almaniyaya heç kim qol vura bilmirdi. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağını göstərirdi. Hesabı bərabərləşdirdikdən sonra dərhal qol buraxdıq və bu, bizi şoka saldı. Vəziyyəti dəyişmək artıq çətin idi”.
Nazarov artıq diqqətini klubunun çıxışına yönəldəcəyini qeyd edib: "Bir gün istirahət etdikdən sonra "Aue”nin heyətində məşqlərə başlayacağam. Həftənin ikinci günündən etibarən "Sankt-Pauli” ilə matçın hazırlığına start verəcəyəm. Düşünürəm ki, Almaniyaya qol vurduqdan sonra baş məşqçi bu görüşdə məni oynadacaq”.
banner

Oxşar Xəbərlər