• cümə, 19 Aprel, 04:35
  • Baku Bakı 18°C

Diplomatik korpus nümayəndələrinin Qarabağa bugünkü səfərinin gündəliyi açıqlanıb

06.03.21 10:07 719
Diplomatik korpus nümayəndələrinin Qarabağa bugünkü səfərinin gündəliyi açıqlanıb
Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlara bugünkü səfərinin gündəliyi məlum olub.
APA-nın məlumatına görə, diplomatik korpus nümayəndələri Füzuli rayonun Mərdinli kəndinə səfər edəcək, orada dağıdılmış Mərdinli məscidi və Mərdinli-Qaraxanbəyli qəbiristanlığı ziyarət olunacaq.
Daha sonra Qubadlının Muğanlı kəndinə gediləcək və buradaErmənistanın ekosistemə qarşı terrorunun nəticələri barədə diplomatik korpus nümayəndələrinə məlumat veriləcək.
Sonra Qubadlının Qəzyan kəndinə səfər baş tutacaq. Bu kəndin ziyarətindən sonra diplomatik korpus nümayəndələri Qubadlı şəhərinin mərkəzinə gedəcək. Qubadlı şəhərinə səfər başa çatdıqdan sonra Laçına gediləcək.Güləbird kəndindəki dağıntılar barədə məlumat veriləcək, həmçinin, diplomatlar kənddə yeni istifadəyə verilmiş hidroelektrik stansiya ilə tanış olacaqlar.

banner

Oxşar Xəbərlər