• cümə axşamı, 28 mart, 14:01
  • Baku Bakı 16°C

Dino Ndlovu: “Məni püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”

24.08.17 15:58 2386
Dino Ndlovu: “Məni püşkatma yox, “Qəbələ” ilə oyun maraqlandırır”
"Nə deyə bilərəm? "Qarabağ” məqsədinə çatdı, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hamı kimi, mən də sevincliyəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Kopenhagen”ə 1:2 hesabı ilə uduzsa da, adını qrup mərhələsinə yazdırmağı bacarıb.

Bakıya qayıdan komandanın futbolçusu Ndlovu jurnalistlərə qısa açıqlama verib. O, diqqətini artıq "Qəbələ” ilə bu həftə baş tutacaq çempionat oyununa yönəltdiyini bildirib: "Bu görüşü unudub, növbəti matç barədə düşünməliyik. Təbii ki, imza atdığımız uğur azarkeşlərimiz üçün də böyük önəm kəsb edir. Püşkatma haqda danışmaq istəmirəm. Rəqiblərimiz bilinəndən sonra fikir yürütmək olar. Məni bu dəqiqə püşkatma yox, "Qəbələ” ilə oyun maraqlandırır”.
banner

Oxşar Xəbərlər