Dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib
Pirallahı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə
"Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir
keçirildi.
Tədbirdə
Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Hikmət Şikarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Pirallahı
ərazi bölməsinin məsul əməkdaşı Fuad
Cəfərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov, rayon ictimaiyyətinin nümayəndələri iştirak
etdilər.
Tədbiri
giriş sözü ilə açan Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov dini radikalizmə qarşı
effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında
söhbət açdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasında vətəndaşlar
arasında dini radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq
əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına
yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu
nəzarət altına alan dövlət orqanları vardır. Gənclərin dini radikalizmə qarşı
mübarizədəki rolunu önə çəkən H.Şikarov bildirdi ki, hal-hazırda ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı
mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə də gənclər fəal
iştirak etməlidirlər.
DQİDK-nın
Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov "Dini radikalizm və
ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış etdi. Aslan
Sultanov bildirdi ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə
istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir.
Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi
humanist mövqe nümayiş etdirir.
Toplantıda şagirdlərin
sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.