• çərşənbə axşamı, 16 aprel, 18:01
  • Baku Bakı 18°C

DİN yaxın qohumun dəfnində iştirak etməyə icazə almaqla bağlı məlumat yayıb

04.06.20 22:49 845
DİN yaxın qohumun dəfnində iştirak etməyə icazə almaqla bağlı məlumat yayıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qayınatanın, qayınananın) dəfnində iştirak etməyə icazə almaq üçün nazirliyin 590–80–20 "qaynar xətt” telefon nömrəsinə, yaxud "102” xidmətinə müraciət edilsin.
İyunun 6-dan etibarən iyunun 8-dək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.
banner

Oxşar Xəbərlər