• cümə axşamı, 18 aprel, 08:48
  • Baku Bakı 12°C

DİN xüsusi əməliyyat keçirir, tutulanlar var - SİYAHI

03.05.16 11:19 1098
DİN xüsusi əməliyyat keçirir, tutulanlar var - SİYAHI
Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.
APA xəbər verir ki, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.
Məlumata görə, artıq bir neçə nəfər saxlanılıb.
Saxlanılanlar, rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.
Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
banner

Oxşar Xəbərlər