• cümə axşamı, 25 aprel, 14:37
  • Baku Bakı 23°C

DİN: ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

14.10.19 15:45 654
DİN: ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 41 cinayətin üstünü "isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayət açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər