• çərşənbə axşamı, 19 mart, 18:00
  • Baku Bakı 8°C

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

09.10.19 12:45 767
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 30 cinayətin üstünü "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 19, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər