AZE | RUS | ENG |


DİN: Sumqayıtda polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib

DİN: Sumqayıtda polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Sumqayıtda silahlı şəxsin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
 
"Əslində dünən saat 18.00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində şəhər sakinləri, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən xuliqanlıq, qəsdən sağlamlığa zərərvurma, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və digər maddələrlə dəfələrlə məhkum olunmuş Səbuhi Xəlilov və Nurlan Əbilov ictimai qaydanı kobud şəkildə pozaraq bir-birinə bıçaqla xəsarət yetiriblər. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları onları nizam-intizama dəvət etmək və sakitləşdirmək istəyərkən həmin şəxslər polisə də silahlı müqavimət göstərməyə cəhd ediblər, lakin polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində onlar zərərsizləşdirilərək polis bölməsinə aparılıb”.
 
O. Mansurzadə həmçinin qeyd edib ki, keçirilən ekspertiza nəticəsində saxlanılan hər iki şəxsin sərxoş olduğu müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər Prokurorluğuna göndərilib. 
 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxsin vətəndaşlara və polis əməkdaşlarına hücum etməsini özündə əks etdirən video görüntülər yayılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001