• cümə, 19 Aprel, 04:55
  • Baku Bakı 18°C

DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

08.12.17 13:50 3612
DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər NazirliyiSumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi "KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub. Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus "KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Novruzov və sərnişinlərindən - Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər