• cümə, 19 Aprel, 03:45
  • Baku Bakı 18°C

DİN Şirvanda 4 nəfərin ölümü ilə nəticələn qəza ilə bağlı məlumat yayıb

28.12.19 16:30 731
DİN Şirvanda 4 nəfərin ölümü ilə nəticələn qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda 4 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi "Hyundai Santafe” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər