• cümə, 19 Aprel, 03:41
  • Baku Bakı 18°C

DİN polis əməkdaşlarının öldüyü qəza ilə bağlı məlumat yayıb

11.11.17 13:45 1774
DİN polis əməkdaşlarının öldüyü qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki,DİN-in Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi "Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarət alıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər