AZE | RUS | ENG |


DİN mətbuat xidmətinin rəhbərinin oğlunun düşdüyü qəza barədə məlumat yayıb

DİN mətbuat xidmətinin rəhbərinin oğlunun düşdüyü qəza barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlunun düşdüyü qəza ilə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel” markalı avtomobilə çırpılıb.
 
F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və  1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 
A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Səbail RPİ tərəfindən araşdırma aparılır.
 
A. Rəhimov Qalib Rəhimovun oğludur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007