• cümə, 26 Aprel, 07:30
  • Baku Bakı 12°C

DİN: Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.17 14:45 1510
DİN: Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub
Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadın verdiyi məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.
İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər