• cümə axşamı, 25 aprel, 06:24
  • Baku Bakı 14°C

DİN Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb

31.07.17 15:30 1431
DİN Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlıməlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 "Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər