• çərşənbə axşamı, 19 mart, 15:14
  • Baku Bakı 8°C

DİN Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb

22.06.17 11:55 1368
DİN Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində küt alətlə qətlə yetirilən yerli sakin Kamilə Məmmədovanın və 40 günlük qızının meyitləri evlərində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın həyat yoldaşı, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.
banner

Oxşar Xəbərlər