• şənbə, 20 Aprel, 16:13
  • Baku Bakı 23°C

DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

31.12.19 17:15 660
DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 14 cinayətin üstünü "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər