• çərşənbə axşamı, 23 aprel, 15:01
  • Baku Bakı 24°C

DİN: Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib

16.10.17 13:50 2883
DİN: Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib
Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb.
Döş qəfəsində bıçaq xəsarəti olduğu üçün o da xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər