• şənbə, 20 Aprel, 18:29
  • Baku Bakı 24°C

DİN: "Azərsığorta"nın Tovuz filialının direktorunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

25.04.17 12:55 1450
DİN: "Azərsığorta"nın Tovuz filialının direktorunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Daxili İşlər Nazirliyi(DİN) "Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.
Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.
banner

Oxşar Xəbərlər