• cümə, 19 Aprel, 11:52
  • Baku Bakı 13°C

DİN Arif Hacılının polisə çağırıldığı barədə məlumata münasibət bildirib

18.02.21 11:42 336
DİN Arif Hacılının polisə çağırıldığı barədə məlumata münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, Arif Hacılı polis orqanlarına dəvət edilməyib: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.

banner

Oxşar Xəbərlər