• cümə, 29 Mart, 13:30
  • Baku Bakı 14°C

“Dilmanc mobil tərcüməçi”- Texno-məsləhət

07.03.20 12:00 3670
“Dilmanc mobil tərcüməçi”- Texno-məsləhət
Dilmanc layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanan və pulsuz istifadəyə verilən sistemlər toplusudur.
"Dilmanc Translator” tətbiqi həm Android həm də iOS platforması üçün mövcuddur. Tətbiqin əsas məqsədi yazılı mətnləri və şifahi nitqləri xarici dillərdən Azərbaycan dilinə çevirməkdir.
1. Tətbiqin birinci əsas funksiyası sözləri ingilis, rus və türk dillərindən azərbaycan dilinə tərcümə etməkdir. Bununla yanaşı İngilis – Azərbaycan, İngilis – Türk, Rus-Azərbaycan, Rus-Türk, Azərbaycan-İngilis-Rus-Türk, Türk-İngilis-Rus-Azərbaycan dil kombinasiyaları mövcuddur. Geniş söz bazasına malik olan bu tətbiqə daxil etdiyiniz sözlərin tərcüməsi zamanı, axtarılan sözün mənası ilə yanaşı, digər informasiyalar da təqdim olunur.
2. Tərcümə etdiyiniz söz, yaxud mətnləri səsləndirmə imkanı, sözlərin düzgün oxunuş qaydasını bilməkdə sizə böyük kömək olacaq. İngilis, rus, türk və azərbaycan dillərində səsləndirmələr mövcuddur.
3. Şifahi nitqin müxtəlif dillərə yazılı tərcümə olunması bu tətbiqin ən əsas xüsusiyyətlərindən biridir. İstədiyiniz 4 dildən birini seçin və həmin dildə nitqi səsləndirin, dilmanc mobil tərcüməçi dərhal səsləndirdiyiniz nitqi ayırd edir və sizə lazım olan dilə keyfiyyətli tərcümə edir.
4. Əcnəbi ilə söhbət rejimi bu tətbiqin ən maraqlı və diqqət çəkən funksiyalarındandır. Siz bu rejimə keçid etməklə seçdiyiniz dilə uyğun nitq səsləndirirsiniz və proqram avtomatik olaraq nitqi analiz edib onu tərcümə etmək istədiyiniz dilə çevirir və səsləndirir. Bu funksiya, xüsusilə, xaricilərlə ünsiyyət zamanı sizin köməyinizə çatacaq.
Aygün Əziz
banner

Oxşar Xəbərlər