AZE | RUS | ENG |

DGK: Sentyabrda kərə yağının orta statistik idxal qiyməti 5,20 dollar olub

DGK: Sentyabrda kərə yağının orta statistik idxal qiyməti 5,20 dollar olub
Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr - Rusiya, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib.
 
DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir.

Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000