• şənbə, 20 Aprel, 13:03
  • Baku Bakı 23°C

DGK sədri vətəndaşlara və sahibkarlara müraciət edib

19.01.17 14:10 1204
DGK sədri vətəndaşlara və sahibkarlara müraciət edib
"Ötən il ərzində Prezident Administrasiyasında yaradılan Apelyasiya Şurasında gömrük orqanlarının fəaliyyəti ilə bağlı cəmi 1 şikayət daxil olub və araşdırılıb". "APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyevbu gün keçirilən mətbuat konfransında bildirib.
Konfransda A. Əliyevə DGK-nin inhisarın yaranmasında günahlandırıldığına dair sual verilib. Qurumun rəhbəri bu suala cavaba olaraq bildirib: "Ötən il ərzində Prezident Administrasiyasında yaradılan Apelyasiya Şurasında gömrük orqanlarının fəaliyyəti ilə bağlı cəmi 1 şikayət daxil olub və araşdırılıb. Bu şikayət də sadəcə olaraq dayanacaq xidmətinin göstərilməsi ilə bağlı olub. Şikayətçinin müraciəti araşdırılıb. Ümumilikdə, 2015-ci ildə 1400-dən yuxarı şikayət daxil olub. 2016-cı ildə isə 200 şikayət azdır. Say nöqteyi-nəzərindən bu rəqəm çox görünməsə də, faiz baxımından ciddi azalma var. Bakı Baş Gömrük İdarəsindən və daxili gömrük idarələrindən nadir hallarda bizə şikayət gəlir. Şikayətlər əsasən sərhəd bölgələrindən daxil olur. Mən vətəndaşlara və iş adamlarına müraciət edərək bir daha deyirəm ki, sizə kimsə maneçilik törədirsə, biz müraciət edin. Bir daha təkrar edirəm ki, ötən il ərzində monopoliya ilə bağlı bircə şikayət daxil olub".
banner

Oxşar Xəbərlər