• cümə, 19 Aprel, 09:34
  • Baku Bakı 13°C

DGK sədri: "Rusiyanın ittihamları əsassızdır"

25.10.17 13:10 1887
DGK sədri: "Rusiyanın ittihamları əsassızdır"
"2017-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 14 mlrd. dollar təşkil edib və sevindirici haldır ki, ticarət dövriyyəsində 2 mlrd. dollarlıq müsbət saldo yaranıb".
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyevbildirib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət çəkən DGK sədri deyib ki, bunun nəticəsində ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının həcmi kəskin artıb: "2016-cı ilin 9 ayı ərzində meyvə-tərəvəz məhsullarının ixracı 63,75% artıb. Ötən il Rusiyaya pomidor ixracı 100 min ton olubsa, bu ilin 9 ayı ərzində artıq 132 min tonu ötüb. Keçən il Rusiya ilə Türkiyə arasında məlum siyasi gərginlik baş verdi və bundan sonra Rusiyanın dövlət qurumları Azərbaycanı Türkiyədən pomidor idxalını artırmaqda ittiham edirdilər. Rəqəmlərə baxdıqda bu ittihamların əsassız olduğu məlum olur. Belə ki, ötən il Azərbaycana Türkiyədən 17 min ton pomidor idxal olunubsa, bu il 3500 tondur. Bundan başqa, kartofun ixracında da artım baş verib. Belə ki, ötən il Rusiyaya kartof ixracı 37 min ton olmuşdusa, bu il 57 min tona çatıb. Təkcə qoz və fındıq məhsullarının ixracından ölkəyə 105 mln. dollar vəsait daxil olub".
Onun sözlərinə görə, hazırda Azərbaycanda 187 ölkədən olan şirkətlər fəaliyyət göstərir: "Ümumilikdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayı 11880-dən çoxdur".
banner

Oxşar Xəbərlər