• cümə axşamı, 28 mart, 14:16
  • Baku Bakı 16°C

Deyir ki, Premyer Liqa ən darıxdırıcı çempionat olacaq

11.06.20 12:22 683
Deyir ki, Premyer Liqa ən darıxdırıcı çempionat olacaq
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının bərpası ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Venger Premyer Liqanın əvvəlki səviyyədə olmayacağını deyib. O, azarkeşlərin olmadığı çempionatın çox darıxdırıcı olacağını iddia edib:
"Məhz azarkeşlərin oyuna reaksiyası futbolu İngiltərədə xüsusi edir. İngiltərə, azarkeşlərin oyuna reaksiya verməsi baxımından ən yaxşı ölkədir. Ona görə, düşünürəm ki, azarkeşlərsiz Premyer Liqa ən maraqsız çempionat olacaq.
Azarkeşlərsiz futbol əsl futbol deyil. Futbolda iki mühüm element var: Futbolçular və azarkeşlər. Əgər bu elementlərdən biri stadionda olmayacaqsa, onda hansı boşluğun yaranacağını təsəvvür edirsiniz?”
Premyer Liqanın iyunun 17-də bərpa olunacağı gözlənilir.
banner

Oxşar Xəbərlər