Deyir ki, Poqbanı tanımıram
"Mançester Yunayted”in
futbolçusu Pol Poqbanın "Ral”a keçəcəyi ilə bağlı xəbərlər yenidən aktuallaşıb.
Kaspi.az xəbər
verir ki, jurnalistlər məsələ ilə bağlı
"Real”ın prezidenti Florentino Peresin mövqeyini öyrəniblər. Peres suala müəmmalı
cavab verib:
"Mən Poqba adlı
futbolçu tanımıram”.
"Real”ın
prezidenti bu sözləri dedikdən sonra gülümsəyib. Poqbanın MY ilə müqaviləsi
2021-ci ilin yayına qədər nəzərdə tutulub.