Deyir ki, MY-dən təklif alana qədər gözlə
"Yuventus”un
sabiq baş məşqçisi Fabio K apello həmyerlisi Massimiliano Alleqriyə məsləhət
verib.
Kaspi.az xəbər
verir ki, Kapello Alleqriyə tövsiyə edib ki, "Mançester Yunayted”dən təklif gələnə
qədər gözləsin. O, həmyerlisinin "Bavariya”ya da uyğun gələ biləcəyini
vurğulayıb:
"Alleqri
"Bavriya” üçün də əla variant ola bilər. Ancaq Ançelottidən sonra hansısa
italyan mütəxəssisin Almaniyada xoşbəxt ola biləcəyini əminliklə deyə bilmərəm.
Əlbəttə, İngiltərə
Premyer Liqası onun üçün maraqlı olardı. Bu çempionat hər bir mütəxəssisin
inkişafına yardım edir. Əgər Alleqrinin yerinə olsaydım, MY-dən təklif gələnə qədər
gözləyərdim”.
Alleqrinin son
iş yeri "Yuventus” olub. O, bu komandada 2014-2019-cu illərdə çalışıb.